525.Az

Silahlı Qüvvələrdə qəsdən adam öldürmə cinayətləri 30% azalıb


 

Silahlı Qüvvələrdə qəsdən adam öldürmə cinayətləri 30% azalıb<b style="color:red"></b>

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30% azalıb.

525.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Respublika Hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, ötən illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

 





21.01.2021    çap et  çap et