525.Az

Ötən il 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub


 

Ötən il 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub<b style="color:red"></b>

Xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

525.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Hərbi Prokuror Xanlar Vəliyev kollegiya iclasında bildirib.

O qeyd edib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.

 

 





21.01.2021    çap et  çap et