525.Az
Bakının mərkəzində tıxac yaranıb
Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirib ki, Tbilisi prospektinin Azər Əliyev küçəsi ilə kəsişməsində (Avropa otelinin qarşısı) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sürücülərə alternativ olaraq Şəfayət Mehdiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.
25.02.2014
çap et