525.Az

ÜST-ün Baş direktorundan təəssüf dolu açıqlama


 

ÜST-ün Baş direktorundan təəssüf dolu açıqlama<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, COVID-19 peyvəndlərinin qeyri-bərabər paylanması səbəbilə dünyanın "fəlakətli bir mənəvi çöküş ərəfəsində olduğunu" bildirib.

525.az xəbər verir ki, Qebreyesus, zəngin ölkələrdəki gənc və sağlam insanlara peyvəndlərin yoxsul ölkələrdə risk qrupuna aid olan insanlardan daha erkən tətbiq edilməsinin haqsızlıq olduğunu söyləyib.

ÜST-ün direktoru, nisbətən varlı 49 ölkədə ümumən 39 milyon doza peyvənd tətbiq edildiyini və az gəlirli digər ölkələrdə bu rəqəmin yalnız 25 doza olduğunu da qeyd edib.

El Roman

 





21.01.2021    çap et  çap et