525.Az

Rumıniyada koronavirusa yoluxanların sayı 700 mini keçdi


 

Rumıniyada koronavirusa yoluxanların sayı 700 mini keçdi<b style="color:red"></b>

Rumıniyada koronavirusa yoluxanların sayı 703 min 776 nəfərə çatıb.

525.az AZƏRTAC-a istinadla xəbər verir ki, son 24 saat ərzində 2878 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 17 min 554 nəfərdir. İndiyədək 641 min 288 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

 





21.01.2021    çap et  çap et