525.Az

Fiziki tərbiyə dərslərinin əyani tədrisi müvəqqəti dayandırılır


 

Fiziki tərbiyə dərslərinin əyani tədrisi müvəqqəti dayandırılır<b style="color:red"></b>

“Fevralın 1-dən dərslər hibrid formaya keçəcək. Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

O deyib ki, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.

 





22.01.2021    çap et  çap et