525.Az

Koronavirusa yoluxmuş şagird və müəllimlərin sayı


 

Koronavirusa yoluxmuş şagird və müəllimlərin sayı <b style="color:red"></b>

“İndiyədək virusa yoluxan şagirdlərin sayı 14758, işçilərin sayı 7090 nəfərdir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə 7525 nəfər virusa yoluxub. Şagird məktəbdə olubsa, bu zaman həmin sinif distant təhsilə keçir.

 





22.01.2021    çap et  çap et