525.Az

“Uşaq bağçalarının fevralın 15-nə qədər açılacağına ümidliyik”


 

“Uşaq bağçalarının fevralın 15-nə qədər açılacağına ümidliyik”<b style="color:red"></b>

“Uşaq bağçalarının fevralın 15-nə qədər açılacağına ümidliyik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, bununla belə, bu məsələ ilə bağlı indi proqnoz vermək çətindir.

Təhsil naziri Emin Əmrullayev ölkədə repetitor xidmətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Nazir xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə bildirib ki, repetitor müəssisələri daha çox təhsil xidməti göstərən sahibkarlıq xidmətidir:

“Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin bərpa olunacağı gözlənilir”.

Təhsil naziri Emin Əmrullayev virtual dərslərə girməyən müəllimlərlə bağlı məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, hər bir şəxs sosial məsuliyyətini dərk etməlidir:

“Bəzi müəllimlərdə həqiqətən internet imkanı yoxdur. Müəllimlərin hər birini sistemdən görürük, amma hər biri ilə bağlı araşdırma mümkün deyil. Bir həftədə 6,2 milyon onlayn dərs verə bilmişik, bu, yaxşı dinamikadır”.

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova isə bildirib ki, davamiyyət məktəb tərəfindən nəzarətdə saxlanılır.

“Ali təhsil müəssisələrində daha çox nəzəri dərslərin distant saxlanılmasının tərəfdarıyıq”.

O deyib ki, praktik məşğələ, laboratoriya işləri tələb edən dərslərin əyani formada keçirilməsinin tərəfdarıdır:
 
“Bu dərslərin hansı ixtisaslarda necə olması ilə bağlı verilmiş situasiyadan asılı olaraq qərarlar veriləcək. Ümumi olaraq bunu da yaxın həftələrdə elan etməyi düşünürük”.

"Məktəblərdə internetin vəziyyətinin, təhsil və internet arasında olan əlaqənin yaxşılaşması ilə bağlı hazırda müəyyən müzakirələr gedir və inanıram ki, ilin sonuna daha yaxşı vəziyyətdə olacağıq”.

O bildirib ki, nazirlik müəllimlərin işə qəbul imtahanlarının yalnız Bakıda deyil, bölgələrdə keçirilməsi təcrübəsindən faydalanmaq istəyir:
 
“Düşünürük ki, bu, yaxşı təcrübə idi. Hamını birlikdə Bakıya yığmaqdansa, müxtəlif bölgələrdə mərkəzlərin olması, imtahanların bu şəraitdə keçirilməsi yaxşıdır”.

 

 





22.01.2021    çap et  çap et