525.Az

Bu yolda hərəkət qismən məhdudlaşdırılır


 

Bu yolda hərəkət qismən məhdudlaşdırılır<b style="color:red"></b>

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən 525.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

 





22.01.2021    çap et  çap et