525.Az

“Ermənilərin Xudavəng monastrından freskaları qaşıyıb aparması cinayətdir”


 

“Ermənilərin Xudavəng monastrından freskaları qaşıyıb aparması cinayətdir”<b style="color:red"></b>

"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".

525.az xəbər verir ki, jurnalistlərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir:
 
"Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirib və bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymət verilməsinə çalışacağıq".

 





22.01.2021    çap et  çap et