525.Az

İnsanlar bir əsrdən artıq yaşaya biləcək


 

İnsanlar bir əsrdən artıq yaşaya biləcək<b style="color:red"></b>

İngilis bioloq Andrey Stil daha uzun yaşamağın sirlərini izah edən bir kitab yazıb.

525.az xəbər verir ki, müəllif kitabda 1840-cı ildən bəri insan həyatının hər 3 aydan bir uzandığını qeyd edib. İngilis müəllifin fikrincə, bioherontologiya ömrün uzanmasına vəd verir. Bəzi dərmanların gələcəkdə həyatımızı uzadacağını düşünən Stil, az yeməyin də qocalmağı gecikdirdiyini söyləyib.

Bioloq bildirir ki, təxminən 200 il əvvəl 40 yaşlı bir insanın bilinməyən səbəblərdən hər an ölməsi gözlənilirdi. İnsan həyatı 1840-cı illərdən sonra isə hər üç ayda bir artmaqdadır. Bu artım yalnız zəngin ölkələrə aid deyil. Bu gün dünya əhalisinin 90%-də ömür  60 ildir. 2050-ci ilə qədər hər altı ölkədən birində orta ömür müddətinin 60-ı keçəcəyi gözlənilir. Digər tərəfdən, ölüm riskimiz hər səkkiz ildən bir iki dəfə artır. Misal üçün, 30 yaşında ölüm riski mində bir olurdusa, 80 yaşında bu risk iyirmidə birə yüksələcək.

İngilis bioloq Andrey Stil növbəti əsrdə insanların bir əsrdən artıq yaşamasının normal hala gələcəyini bildirib.

El Roman

 





22.01.2021    çap et  çap et