525.Az

NASA indiyə qədərki ən güclü raketi kosmosa göndərir


 

NASA indiyə qədərki ən güclü raketi kosmosa göndərir<b style="color:red"></b>

NASA-nın yeni "meqaroket" qurğusunun dörd əsas mühərriki ilk dəfə birlikdə işə salınacaq və qurğunun xam partlayıcı gücü nümayiş olunacaq.

525.az xəbər verir ki, Kosmos Roket Buraxma Sistemi (SLS), agentliyin amerikalıları bir neçə ildən sonra Ay səthinə göndərməyi hədəfləyən Artemis proqramının bir hissəsidir. Mühərrikin işə salınması "Green Run" olaraq bilinən bir sıra testlərin sonuncusudur.

Yeni proses, NASA-ya bu ilin sonunda reallaşdırılması planlaşdırılan ilk uçuşu üçün raketin təsdiqlənməsinə kömək edəcək. Bu uçuşu tamamladıqda, SLS indiyədək kosmosa uçan ən güclü raket hesab ediləcək.

"Artemis-1" adlanan bu ekipajsız missiya, həmçinin gələcək nəsil kosmik gəmi adlanan "Orionu" Ayın ətrafındakı döngəyə buraxacaq.

El Roman

 





22.01.2021    çap et  çap et