525.Az

MEK “Nizami Gəncəvi -880” adlı iki hissəli videoslayd hazırlayıb - VİDEO


 

MEK “Nizami Gəncəvi -880” adlı iki hissəli videoslayd hazırlayıb - <b style="color:red">VİDEO</b> AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən qüdrətli söz və fikir ustadı, dahi şair Nizami Gəncəvinin parlaq irsini özündə əks etdirən nəşrlərdən ibarət iki hissəli “Nizami Gəncəvi-880” adlı videoslayd hazırlanıb.

525.az xəbər verir ki, videoslayda MEK-in zəngin fondlarında qorunan Azərbaycan və xarici dillərdə ümumilikdə yüzə yaxın nəşrlərdən seçmələr daxil edilib.

Nizami Gəncəvinin "Xəmsə"sindən "Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri, görkəmli şərqşünas, nizamişünas alimlərinin dəyərli araşdırmaları, tərcümələri haqqında məlumatlar yerləşdirilib.

Həmin videoslaydların I və II hissəsini oxucular MEK-in sosial şəbəkələrindən izləyə bilərlər.

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.


 





22.01.2021    çap et  çap et