525.Az

Amerikada son federal məhkum edam edildi


 

Amerikada son federal məhkum edam edildi<b style="color:red"></b>

Edamının ABŞ-ın 45-ci prezidenti Donald Tramp tərəfindən təsdiqləndiyi son federal ölüm cəzası da icra edilib.

525.az xəbər verir ki, 48 yaşlı Dastin Hiqqs, Tramp dövründə edam edilən 13-cü məhbus olub. O, zəhərli iynə ilə Cümə günü İndiana ştatındakı "Terre Haute" həbsxanasında edam edilib.

Hiqqs 1996-cı ildə Merilend ştatında yerləşən vəhşi təbiət parkında 3 qadının qaçırılması və öldürülməsinin təşəbbüskarı kimi mühakimə edilib.

 "Günahsız adam olduğumu söyləmək istəyirəm. Mən onların öldürülməsini əmr etməmişəm", - deyən Hiqqs, hadisədə həyatını itirən hər üç qadının adını çəkib.

El Roman

 





22.01.2021    çap et  çap et