525.Az

Prezident Sumqayıta 5 milyon manat ayırdı


 

Prezident Sumqayıta 5 milyon manat ayırdı<b style="color:red"></b>

Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncama əsasən, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 





25.02.2014    çap et  çap et