525.Az

Su kanalından qadın meyiti tapıldı


 

Su kanalından qadın meyiti tapıldı<b style="color:red"></b>

Ağcabədidə su kanalından qadın meyiti tapılıb.

525.az-ın APA-ya istinadən xəbərinə görə, Ağcabədi rayon sakini, 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zakir qızının meyiti “Hacıbaba” kanalının rayonun Ü.Hacıbəyli prospektindən keçən hissəsində aşkarlanıb.

Hadisə yerinə rayon Prokurorluğunun, polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 





22.01.2021    çap et  çap et