|
|
|
|
Yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya səfiri Ceyms Şarp ilə görüşüb.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniya azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər.