525.Az

500 manatlıq əskinasla bağlı məlumatlara aydınlıq gətirildi


 

500 manatlıq əskinasla bağlı məlumatlara aydınlıq gətirildi <b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı" tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

525.az xəbər verir ki, bu barədə  AMB-in yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

AMB vətəndaşları bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarına dair məlumatları AMB-in və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırır.

 





22.01.2021    çap et  çap et