525.Az

Daha 280 nəfərdə koronavirus aşkarlandı: 632 sağalan, 11 ölən var


 

Daha 280 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">632 sağalan, 11 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228.526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219.019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib, aktiv xəstə sayı 6443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6144, ötən müddət ərzində isə ümumilikdə 2.347.951 test aparılıb.

 





22.01.2021    çap et  çap et