525.Az

Rusiya Azərbaycanın 13 şirkətinə pomidor və alma ixracına icazə verdi


 

Rusiya Azərbaycanın 13 şirkətinə pomidor və alma ixracına icazə verdi<b style="color:red"></b>

"Rosselxoznadzor" yanvarın 25-dən Azərbaycanın 6 alma istehsal müəssisəsinə və 7 pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verib.

525.az APA-ya istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan fitosanitar monitorinqinin nəticələri, habelə birgə video-yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri barədə daxil olmuş məlumatların təhlili əsasında qəbul edilib.

 





22.01.2021    çap et  çap et