525.Az

Maleniya Trampın bu hərəkəti yenidən gündəm oldu


 

Maleniya Trampın bu hərəkəti yenidən gündəm oldu<b style="color:red"></b>

Bütün qalmaqallara baxmayaraq, artıq Co Bayden rəsmi olaraq ABŞ-ın 46-cı prezidenti oldu. Ancaq dünyanın gözü hələ də Amerikadadır.

525.az xəbər verir ki, tarixi seçkilərdən sonra həftələrdir nəticəni qəbul etməkdən imtina edən Donald Tramp isə nəhayət Ağ Evi tərk etdi. Tramp və xanımı Maleniya Tramp Ağ Evin qapısında görünəndə beynəlxalq televiziyalar çıxış üçün canlı yayıma başlamışdı. Çıxışdan sonra Florida Hava Limanına enən Trampı yenidən mətbuat nümayəndələri salamlamağa başlayıb. Bu zaman Melaniyanın tünd qara paltarını dəyişdirərək 3 700 dollar dəyərində başqa bir geyimdə görüntülənib. Bir çox insan onun artıq tətilə hazır göründüyünü bildirib.

Lakin diqqət çəkən digər bir məsələ Melaniyanın artıq fotoqraflara vaxtı və səbri yox kimi görünməsi olub. Əri Donaldı geridə qoyarkən “Palm Beach Hava Limanında” mediadan qaçmağa çalışıb.

Sosial mediada sürətlə yayılan və görüntülərdə Malaniyanın əri ilə olan soyuq davranışı da diqqətdən yayınmayıb. Bu vəziyyət, Tramp və xanımının boşanma üçün müraciət etməyə yaxın olduğu kimi qiymətləndirilib.

Aytac Aslan

 





22.01.2021    çap et  çap et