525.Az

Əfqanıstanda çoxarvadlılığa qarşı çağırış


 

Əfqanıstanda çoxarvadlılığa qarşı çağırış<b style="color:red"></b>

Əfqanıstandakı Taliban lideri Molla Haybatullah, düşmənlərimizi sevindiririk deyərək hərəkat liderlərindən və komandirlərindən birdən çox qadınla evlənməyi dayandırmalarını tələb edib.

525.az xəbər verir ki,bu çağırışın arxasında maddi səbəblər durur. Taliban mənbələrindən alınan məlumata əsasən, Əfqanıstan və Pakistandakı Peştun tayfaları arasında geniş yayılan gəlin ailəsinə "başlıq pulu" ödəmək ənənəsi səbəbindən komandirlərin dolanışıq ehtiyaclarını artırıb. Taliban rəhbərliyi isə birdən çox qadınla evlənməkdən və çoxuşaqlı ailələrə bir anda dəstək olmağa çalışan üzvlərinin pul tapmaq üçün korrupsiya etdikləri iddialarından narahat olur.

Qeyd edək ki, kişilərin dörd xanımla evlənməsinə imkan verən çoxarvadlılıq, Əfqanıstan, Pakistan və bəzi digər müsəlman ölkələrində hələ də qanunidir.

El Roman

 





23.01.2021    çap et  çap et