525.Az

Daha 162 nəfərdə koronavirus aşkarlandı: 705 sağalan, 8 ölən var


 

Daha 162 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">705 sağalan, 8 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228.688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219.724 nəfər müalicə olunaraq sağalıb, 3072 nəfər vəfat edib, aktiv xəstə sayı 5892 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6522, ötən müddət ərzində isə ümumilikdə 2.354.473 test aparılıb.

 





23.01.2021    çap et  çap et