525.Az

İlham Əliyev Zelenskiyə başsağlığı verdi


 

İlham Əliyev Zelenskiyə başsağlığı verdi <b style="color:red"></b>

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.

525.az-ın məlumatına görə, dövlət başçısı Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Azərbaycan Prezidenti bu faciə ilə əlaqədar Ukrayna Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

 





23.01.2021    çap et  çap et