https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-03/308068_abzgiptskq.jpg Elmi axtarışlarda keçən ömür: professor Nizami Xudiyev
search
28 Mart 2024
27 Mart 2024

Qubadlı və Xocavənddə hərbçilərə ərzaq çatdırılıb

Qubadlı və Xocavənddə hərbçilərə ərzaq çatdırılıb

Azərbaycanın azad edilmiş rayonlarında yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

525.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində növbəti dəfə Qubadlı rayonunda xidmət edən hərbi qulluqçularımıza zəruri ərzaq məhsulları göndərilib. 2 399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb.

Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçularımız üçün də göndərilib. Belə ki, 2 700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq. Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.