525.Az

Amerikalı telejurnalist Larri Kinq vəfat etdi


 

Amerikalı telejurnalist Larri Kinq vəfat etdi<b style="color:red"></b>

Amerikalı telejurnalist Larri Kinq bu gün 87 yaşında vəfat edib.

525.az xəbər verir ki, bu barədə onun rəsmi "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, teleaparıcı Los-Ancelesdəki xəstəxanalardan birində dünyasını dəyişib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.

Xatırladaq ki, yanvarın 2-si "CNN" telekanalı Larri Kinqin koronavirusla əlaqədar xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

 





23.01.2021    çap et  çap et