525.Az

Türkiyədə COVID-19-dan 144 nəfər öldü


 

Türkiyədə COVID-19-dan 144 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 144 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5856 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5811, ağır xəstələr isə 1962 nəfər olub ki, bu da əvvəlki rəqəmlərlə müqayisədə 60 faiz təşkil edir.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirusdan 24 933 nəfər ölüb.

 





23.01.2021    çap et  çap et