525.Az

Türkiyədə Xocalı haqqında qısa film çəkilib- Video


 

Türkiyədə Xocalı haqqında qısa film çəkilib- <b style="color:red">Video</b> Türkiyədə fəaliyyətdə olan AZEDER - Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi İstanbulda təhsil alan Azərbaycanlı tələbələrin iştirakı ilə Xocalı Soyqırımı haqqında "Faciəni Hiss et - Anlamağınız Üçün Yaşamağınızmı Lazımdır?" başlıqlı qısa film çəkib.

Dərnəkdən 525.az-a verilən məlumata görə, film İstanbulun ən böyük meydanlarından biri olan Sultanahmet meydanında çəkilmişdir. İstanbula gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan bu meydanda Xocalı Soyqırımı qısa formada canlandırılmışdır.

 





26.02.2014    çap et  çap et