525.Az

“Dünya‌ ‌ədəbiyyatı”nın‌ ‌yeni‌ ‌sayı‌ ‌nəşr‌ ‌olunub


 

DƏRGİNİN‌ ‌BU‌ ‌SAYI‌ ‌BÜTÜNLÜKLƏ‌ ‌ƏDƏBİ‌ ‌SÖHBƏTLƏRDƏN‌ ‌İBARƏTDİR

“Dünya‌ ‌ədəbiyyatı”nın‌ ‌yeni‌ ‌sayı‌ ‌nəşr‌ ‌olunub<b style="color:red"></b>Azərbaycan‌ ‌Yazıçılar‌ ‌Birliyi‌ ‌Bədii‌ ‌Tərcümə‌ ‌və‌ ‌Ədəbi‌ ‌Əlaqələr‌ ‌Mərkəzinin‌ ‌nəşri‌ ‌olan‌ ‌“Dünya‌ ‌ədəbiyyatı”‌  dərgisinin‌ ‌növbəti‌ ‌sayı‌ ‌çapdan‌ ‌çıxıb.‌ ‌

525.az xəbər verir ki, bu,‌ ‌dərginin‌ ‌ötən‌ ‌il‌ ‌üçün‌ ‌2-ci,‌ ‌ümumilikdə‌ ‌isə‌ ‌17-ci‌ ‌sayıdır.‌ ‌Dərginin‌ ‌baş‌ ‌redaktoru‌ ‌Seyfəddin‌ ‌Hüseynli‌ ‌bildirib‌ ‌ki,‌ ‌“Dünya‌ ‌ədəbiyyatı”nın‌ ‌220‌ ‌səhifəlik‌ ‌yeni‌ ‌sayı‌ ‌bütünlüklə‌ ‌ədəbi‌ ‌söhbətlərdən‌ ‌ibarətdir.‌ ‌Bu‌ ‌saydakı‌ ‌ilk‌ ‌mətn‌ ‌-‌ ‌“Poeziyanın‌ ‌hakimiyyəti”‌ ‌-‌ ‌məşhur‌ ‌şairlər,‌ ‌Nobel‌ ‌mükafatçıları‌ İosif‌ ‌Brodski‌ ‌ilə‌ ‌Derek‌ ‌Uolkottun‌ ‌Səlim‌ ‌Babullaoğlunun‌ ‌tərcüməsində‌ ‌təqdim‌ ‌olunan‌ ‌söhbətidir.‌ ‌"Miloş‌ ‌öz‌ ‌şübhələrini,‌ ‌içindəki‌ ‌tərəddüdləri‌ ‌söndürə‌ ‌bilmirdi..."‌ ‌başlığıyla‌ ‌Səlim‌ ‌Babullaoğlunun‌ ‌polyak‌ ‌yazar‌ ‌Aqneşka‌ ‌Koşinska‌ ‌ilə‌ ‌söhbəti‌ ‌verilib.‌ ‌Argentinalı‌ ‌yazıçı‌ ‌Silviya‌ ‌Zimmermann‌ ‌Del‌ ‌Kastillo‌ ‌ilə‌ ‌S.Babullaoğlu‌ ‌və‌ Cavanşir‌ ‌Yusifli‌ ‌söhbətləşib.‌ ‌Tanınmış‌ ‌İran‌ ‌ədibi‌ ‌Mustafa‌ ‌Məstur‌ ‌ilə‌ ‌S.Babullaoğlu‌ ‌və‌ ‌Fərid‌ ‌Hüseynin‌ söhbətinin‌ ‌ardınca‌ ‌S.Babullaoğlunun‌ ‌italiyalı‌ ‌şair‌ ‌Laura‌ ‌Qaravaqlia‌ ‌ilə‌ ‌söhbəti‌ ‌dərc‌ ‌olunub.‌ ‌Nobel‌ mükafatçıları‌ ‌olan‌ ‌məşhur‌ ‌nasirlər‌ ‌Markes‌ ‌ilə‌ ‌Lyosanın‌ ‌"Latın‌ ‌Amerikasında‌ ‌roman"‌ ‌söhbəti‌ ‌Seyfəddin‌ ‌Hüseynlinin‌ ‌tərcüməsində‌ ‌verilib.‌  ‌Türkiyəli‌ ‌romançı‌ ‌və‌ ‌ədəbiyyatşünas‌ ‌İskəndər‌ ‌Pala‌ ‌və‌ ‌israilli‌ ‌yazıçı‌ ‌Etqar‌ ‌Keret‌ ‌ilə‌ ‌söhbətləri‌ ‌də‌ ‌S.Hüseynli‌ ‌çevirib.‌ ‌

 ‌
‌“Fantastik‌ ‌ədəbiyyat‌ ‌və‌ ‌elmi‌ ‌fantastika”,‌ ‌"Qum‌ ‌kitabı",‌ ‌“Təqlidçilər‌ ‌ölkəsi”,‌ ‌“Liberalizm‌ ‌və‌ ‌nasionalizm”,‌ “Stoisizm”,‌ ‌“Siyasət‌ ‌və‌ ‌mədəniyyət"‌ ‌kimi‌ ‌bölümlərdən‌ ‌ibarət‌ ‌olan‌ ‌“Borxes‌ ‌ilə‌ ‌söhbətlər”i‌ ‌Qismət‌ ‌Rüstəmov‌ ‌tərcümə‌ ‌edib.‌  ‌Onun‌ ‌çevirdiyi‌ ‌növbəti‌ ‌mətn‌ ‌isə‌ ‌müasir‌ ‌dünya‌ ‌ədəbiyyatının‌ ‌tanınmış‌ ‌nümayəndələri‌ ‌Xuan‌ ‌Qabriel‌ ‌Vaskes‌ ‌ilə‌ ‌Xavier‌ ‌Serkasın‌ ‌söhbətidir.‌


 ‌ ‌
F.Hüseynin‌ ‌türkiyəli‌ ‌şairlər‌ ‌Tuğrul‌ ‌Tanyol,‌ ‌Heydər‌ ‌Ergülən,‌ ‌Adnan‌ ‌Özər‌ ‌və‌ ‌Cenk‌ ‌Gündoğdu‌ ‌ilə,‌ ‌həmçinin‌ ‌tatarıstanlı‌ ‌yazıçı‌ Danil‌ ‌Salihovla‌ ‌söhbətləri‌ ‌də‌ ‌dərginin‌ ‌bu‌ ‌sayındakı‌ ‌mətnlər‌ ‌sırasındadır.‌ ‌ ‌

Trumen‌ ‌Kapote,‌ ‌Qrem‌ ‌Qrin‌ ‌və‌ ‌Rebekka‌ ‌Vest‌ ‌ilə‌ ‌söhbətlər‌ ‌İlahə‌ ‌Əkbərin‌ ‌tərcümələridir.‌ ‌ ‌

Xuan‌ ‌Qabriel‌ ‌Vaskes‌ ‌ilə‌ ‌Lyosanın‌ ‌söhbətıni‌ ‌Günel‌ ‌Məmmədova,‌ ‌Donjelina‌ ‌Barrosonun‌ ‌Joze‌ ‌Saramaqo‌ ‌ilə‌ ‌söhbətini‌ ‌isə‌ ‌Nuranə‌ ‌Bəşirzadə‌ ‌çevirib.‌ ‌ ‌

2020-ci‌ ‌ilin‌ ‌ədəbiyyat‌ ‌üzrə‌ ‌Nobel‌ ‌mükafatçısı‌ ‌Luiza‌ ‌Qlük‌ ‌ilə‌ ‌söhbət‌ ‌Elcan‌ ‌Salmanqızının‌ ‌tərcüməsində‌ ‌dərc‌ ‌olunub.‌ ‌Onun‌ ‌çevirdiyi‌ ‌digər‌ ‌mətnlər‌ ‌Con‌ ‌Eşberi,‌ ‌Henrix‌ ‌Böll,‌ ‌Qore‌ ‌Vidal‌ ‌və‌ ‌Amin‌ ‌Maaluf‌ ‌ilə‌ ‌söhbətlərdir.‌ ‌ ‌

Ukraynalı‌ ‌ədəbiyyatçılar‌ ‌Olena‌ ‌Matuşek‌ ‌və‌ ‌Natalya‌ ‌Yevstafyeva‌ ‌ilə‌ ‌söhbətləri‌ ‌Xanım‌ ‌Aydın‌ ‌çevirib.‌ ‌

Dərginin‌ ‌“Söhbətlər”‌ ‌sayının‌ ‌üz‌ ‌qabığı‌ ‌çağdaş‌ ‌britaniyalı‌ ‌rəssam‌ ‌Conatan‌ ‌Uolstenholmun‌ ‌"Canlanmış‌ ‌kitablar"‌ ‌silsiləsindən‌ ‌olan‌ ‌rəsm‌ ‌əsəri‌ ‌əsasında‌ ‌tərtib‌ ‌edilib.‌ ‌ ‌

ŞAHANƏ‌
 





23.01.2021    çap et  çap et