525.Az

Portuqaliyada prezident seçkiləri keçirilir


 

Portuqaliyada prezident seçkiləri keçirilir<b style="color:red"></b>

Portuqaliyada prezident seçkiləri keçirilir.

525.az APA-ya istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08.00 açılıb, saat 19.00-da bağlanacaq.

Ölkədə səsvermə hüququna malik 9 milyondan çox insan var. Hazırkı Prezident Marselu Rebelu di Souza daxil olmaqla, prezident kürsüsünə 7 iddialı var.

Prezident 5 il müddətinə seçilir. Sosioloji sorğulara əsasən, 2016-cı ildən bu postu tutan  Marselu Rebelu di Souza seçkilərin favoritidir. Əgər namizədlərdən hər hansı biri səslərin 50 faizindən çoxunu toplamazsa, fevralın 14-də ikinci tur keçiriləcək.

 





24.01.2021    çap et  çap et