525.Az

Türkiyənin bir neçə şəhərində Qazi Qarabağ azanı səsləndirilib


 

Türkiyənin bir neçə şəhərində Qazi Qarabağ azanı səsləndirilib<b style="color:red"></b> Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşəbbüsü ilə Xocalı soyqırımının 22-ci ildönümündə Qazi Qarabağ azanı Türkiyənin Qars, İqdır və Baş Konsulluğun əhatə dairəsinə daxil olan digər şəhərlərində səsləndirilib.

Trend-in Azərbaycanın Qarsdakı Baş Konsulluğuna istinadən verdiyi məlumata görə, bununla bağlı Baş Konsulluq tərəfindən əlaqədar dini rəhbərlərlə görüşlər keçirilib, namaz vaxtlarında məscidlərdə ibadət edən yerli əhali arasında Xocalı soyqırımını əks etdirən dərgilər paylanılıb, bəzi məscidlərin qarşısında Azərbaycan Respublikasının bayrağı asılıb, Xocalı soyqırımı və Qazi Qarabağ azanı haqqında məlumat afişa şəklində çap olunaraq nümayiş etdirilib.
 





26.02.2014    çap et  çap et