ABŞ-da son sutka ərzində 169 min 935 nəfər yeni növ koronavirusa (COVİD1-9) yoluxub.
525.az-ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Ötən 24 saatda COVİD-19-a yoluxmuş 3 min 292 nəfər vəfat edib. Beləliklə, ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyon nəfərə çatıb, ölənlərin sayı 417 min nəfəri keçib.