525.Az

Braziliyada göyərtəsində futbolçuların olduğu təyyarə qəzaya uğradı


 

Braziliyada göyərtəsində futbolçuların olduğu təyyarə qəzaya uğradı<b style="color:red"></b>

Braziliyanın Tokantis ştatında təyyarə qəzaya uğrayıb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib.

Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Təyyarənin göyərtəsində pilotla bərabər Braziliyada 4-cü diviziyada mübarizə aparan “Palmas” klubunun 4 futbolçusu və klub prezidenti olub.

 





24.01.2021    çap et  çap et