525.Az

İki marşrutun hərəkət sxemi dəyişib


 

İki marşrutun hərəkət sxemi dəyişib<b style="color:red"></b>

Bakıda təmirlə əlaqədədar iki marşrut avtobusunun hərəkət sxemi dəyişib.

Bakı Nəqliyyat Agentliyindən 525.az-a verilən məlumata görə, Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildiyindən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

 





25.01.2021    çap et  çap et