525.Az

İranla sərhəddə dəmiryol terminalının inşasına başlanılır


 

İranla sərhəddə dəmiryol terminalının inşasına başlanılır<b style="color:red"></b>

Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

O bildirib ki, dəmiryol terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O əlavə edib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb:

“Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.

 

 





25.01.2021    çap et  çap et