525.Az

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb


 

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb<b style="color:red"></b>

Özbəkistan vətəndaşı Bakıda qəza törədib.

525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu F.X.Xoyski küçəsində qeydə alınıb. Özbəkistan vətəndaşı Bədəl Bədəlovun 17 saylı xətt üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Tamerlan Səmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.

 





26.02.2014    çap et  çap et