525.Az

Zəfər Muzeyinin konsepsiyası hazırlanıb - Video


 

Zəfər Muzeyinin konsepsiyası hazırlanıb - <b style="color:red">Video </b>

Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzey kompleksidir. 

525.az xəbər verir ki, konsepsiya daha çox xalqımızın qəhrəmanlıq tarixini özündə əks etdirən konsepsiya üzrə hazırlanıb.

Muzeyin konsepsiyasında əsas istiqamət göstərilən şücaəti milli və daha müasir üslubda nümayiş etdirməkdir.

Təqdim edilən konsepsiya ənənəvi milli İslam memarlığına əsaslanaraq müasir şərq üslubunda harmoniya təşkil etməsidir. Eyni zamanda, layihədə ordumuzun yüksək sıldırım dağlardan aşmalarından və döyüşkənlik əzmindən ilhamlanaraq həm dağları xatırladan, həm də milli, muasir memarlıq üslubunda muzeyin konsepsiyasında özündə əks etdirir.

Muzey iki hissədən ibarətdir. Birinci pavilyonda şəhidlərimizin ölməz ruhları xatırlanır.Onlar haqqında məlumat lövhələri yerləşdirilib.İkinci pavilyonda isə mənfur düşmənlərimiz tərəfindən dağıdılan şəhərlərdən foto və eksponatların nümayişi nəzərdə tutulub.Açıq hava altında isə hərbi döyüş texnikalarının nümayiş etdirilməsi nəzərdə tutulub.

Pavilyonun panellərinin qızıl rəngi yalnız parlaq bir gələcəyi simvolizə etmir, onun günəş şüaları günəşin hərəkət istiqamətinə uyğun binanın qeyri-adi forma alması, görünüşü  isə günün müəyyən saatlarında günəş şüalarının düşməsi ilə dəyişir.

Qeyd edək ki, 3D konsepsiya animasiya layihəsinin müəllifi və memarı İrac Bağırov, animator isə Rövşən Cəfərlidir.

 





25.01.2021    çap et  çap et