525.Az

İsraildə məktəblilərin peyvəndinə başlanıldı


 

İsraildə məktəblilərin peyvəndinə başlanıldı<b style="color:red"></b>

İsraildə 16-18 yaş arası gənclərin imtahanlarda iştirak etmələri üçün COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb.

525.az xəbər verir ki, Təhsil Nazirliyinin nümayəndəsi gənclərin valideyn icazəsi ilə məktəbə qayıtmaları və imtahanlarının nizamlı şəkildə keçirilməsini təmin etmək üçün vaksinasiyasının nəzərdə tutulduğunu bildirib. Həmçinin o bildirib ki, İsrailli şagirdlərin buraxılış ilinin sonunda verdikləri imtahanları, onların hansı universitetə gedəcəklərinə qərar verməkdə mühüm rol oynayır. Nəticələr bir çox gənc israillinin məcburi xidmət göstərdiyi hərbi xidmətə yerləşdirilməsinə də təsir göstərə bilər.

Qeyd edək ki, İsrailin doqquz milyon əhalisinin dörddə birindən çoxuna 19 dekabrdan başlayaraq ən azı bir doza Pfizer peyvəndi tətbiq olunub. Vaksinasiyaya yüksək risk altında olanlar və  daha yaşlı insanlarda başlanıbş Lakin 40 və yuxarı yaşda olan insanlar da peyvənd vurdura bilərlər.

El Roman

 





25.01.2021    çap et  çap et