|
|
|
|
ABŞ-ın Kolorado ştatındakı restoranların birində maraqlı hadisə yaşanıb.
525.az xəbər verir ki, David adlı bir müştəri səhər yeməyi üçün ödəyəcəyi 20 dollar hesabla yanaşı səxavətli addım atıb. Belə ki, o, sənayeni canlandırmaq üçün başladılan kampaniyaya qoşulub və restoranda çalışan yeddi ofisianta 1400 dollar bəxşiş verib.
Qeyd edək ki, ABŞ-da koronavirusdan təsirlənən restoran sektorunu canlandırmaq üçün "2021- İpucu Kampaniyası" başladılıb.
Restoran sahibi bildirib ki, hələ də səxavətli insanların varlığı həm təəccüblü, həm də sevindirici haldır.
O, müştəri haqqında yalnız adının David olduğunu və restoranda səhər yeməyinə gəldiyinin məlum olduğunu qeyd edib.
Müştəri hesabı ödəyib və təqdim etdiyi qəbzə 'koronavirus çox pisdir' qeydini də əlavə edib.
Aytac Aslan