525.Az

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza səfər edəcək


 

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza səfər edəcək<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici siyasət idarəsinin rəhbəri Didye Burkhalter Cənubi Qafqaz bölgəsinə səfər edəcək.

APA-nın xəbərinə görə, bunu D. Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib. O, səfərin tarixini açıqlamayıb.
 
D. Burkhalter bildirib ki, Cənubi Qafqaz regionu İsveçrənin ATƏT-ə sədrliyinin prioritet istiqamətlərindən biridir.  
 
Qeyd edək ki, ötən ilin sonlarında Cenevrədəki Humanitar Dialoq Mərkəzinin eksperti Anjelo Qnadinger ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.

 





26.02.2014    çap et  çap et