Milli Məclisdə “Gənc ailələrin sosial vəziyyəti” mövzusunda geniş videokonfrans formatlı dinləmə keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, bu məsələ parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Məlumatda qeyd olunub ki, 2 fevral – Gənclər günü ərəfəsində “Gənc ailələrin sosial vəziyyəti” mövzusunda geniş videokonfransın keçirilməsinin nəzərdə tutulub.