525.Az

Türkiyə ilə Yunanıstan arasında görüşmələr sona çatdı


 

Türkiyə ilə Yunanıstan arasında görüşmələr sona çatdı<b style="color:red"></b>

Türkiyə və Yunanıstan arasında danışıqlar baş tutub.

525.az xəbər verir ki, görüşlər Türkiyə ilə Yunanıstan arasında 5 illik fasilədən sonra bu gün İstanbulda baş tutub. Beş il öncəki son görüş 1 Mart 2016-cı ildə Afinada keçirilib.

Tərəflər arasında Egey və Şərqi Aralıq dənizi ilə bağlı və digər regional məsələlərlə bağlı müzakirələr aparıblar. Əldə edilən məlumata görə, araşdırma danışıqlar zamanı Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edib.

Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi İşlər və Dənizçilik-Aviasiya-Sərhəd Baş direktoru Səfir Çağatay Erciyes də görüşlərdə iştirak edib. Son danışıqlardan sonra bir açıqlama verilməsi gözlənilir.
 
Aytac Aslan
 

 





25.01.2021    çap et  çap et