525.Az

Daha 57 nəfərdə koronavirus aşkarlandı: 273 sağalan, 11 ölən var


 

Daha 57 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">273 sağalan, 11 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229.032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220.565 nəfər müalicə olunaraq sağalıb, 3093 nəfər vəfat edib, aktiv xəstə sayı 5374 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3257, ötən müddət ərzində isə ümumilikdə 2.364.809 test aparılıb.

 





25.01.2021    çap et  çap et