525.Az

AŞPA-da erməni əsirlərlə bağlı məsələnin müzakirəsi təklifi rədd edildi


 

AŞPA-da erməni əsirlərlə bağlı məsələnin müzakirəsi təklifi rədd edildi<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib.

525.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün AŞPA-da erməni deputatlar “Erməni hərbi əsirlərin və digər əsirlərin vətənə qaytarılmasının Azərbaycan hakimiyyət orqanları tərəfindən əsassız təxirə salınması” məsələsinin qış sessiyasında müzakirə edilməsini təklif ediblər.

Ancaq erməni deputatların təklifi rədd edilib.

Qeyd edək ki, qış sessiyası çərçivəsində təklif edilən debat mövzulardan yalnız ikisi qəbul olunub. Bunlar Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi və böyük texnologiya şirkətləri tərəfindən təhdid altında olan ifadə azadlığı mövzularıdır.

 





25.01.2021    çap et  çap et