525.Az

Köçkünlərin yurdlarına qaytarılması üçün xüsusi proqram hazırlanacaq


 

Köçkünlərin yurdlarına qaytarılması üçün xüsusi proqram hazırlanacaq<b style="color:red"></b>

“İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir”.

525.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin bu gün keçirilən müşafirəsində Baş nazir Əli Əsədov bildirib.

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Baş nazir deyib ki, Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır:  “Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir”.

 





25.01.2021    çap et  çap et