Avstraliyada 18 gündür itkin olan kişi sağ tapılıb.
525.az xəbər verir ki, Kvinslend bölgəsində 58 yaşlı Robert Ueberin itkin düşməsindən sonra başladılan axtarışlar bu həftə başa çatıb. Polis onun bir mülkədar tərəfindən bazar günü bəndin yanında tapıldığını bildirib. Məlum olub ki, kişi yabanı göbələk yeyib və bəndin yaxınlığındakı çirkli sudan içərək sağ qalıb.
Onun vəziyyətinin təhlükəsiz olduğu bildirilib.
El Roman