Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan "ASOS indeks" sisteminə daxil edilib.
"ASOS indeks" Türkiyədə fəaliyyət göstərən və 1500-dən çox jurnalın daxil olduğu tam mətn, bu mətnlərdəki istinad edənlə istinad edilən arasında əlaqəni təmin edən bir bazadır.
Akademik İsa Həbibbəylinin baş redaktoru olduğu "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalında dünya, o cümlədən, türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur.
Jurnal bundan öncə beynəlxalq "İndex Copernicus" baza sistemində də indekslənməyə başlayıb.
Gülnar SƏMA
çap et