525.Az

Cocuq Mərcanlıdan görünən "Duyğu rəngləri"


 

Cocuq Mərcanlıdan görünən "Duyğu rəngləri"<b style="color:red"></b>

Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan şair Müxəmməd Haqverdinin bu günlərdə "Duyğu rəngləri" yeni şeirlər kitabı nəşr edilib.

İndiyə kimi şairin bir neçə şeir kitabı işıq üzü görüb. Bu kitabında da şair öz üslubuna, deyim tərzinə sadiqdir.
 
Poetik səmimiyyət, rəvan və lakonik düşüncə, həmçinin, bədii dilin zəngin koloriti kitaba toplanan şeirlərin başlıca cəhətidir.

Kitab 208 səhifədən ibarətdir. Topluda  bayatılar, dördlüklər, lirik, ictimai şeirlər və müəllif haqqında  ürək sözləri yer alıb.

 





24.01.2021    çap et  çap et