525.Az

Meliorasiya və Su Təsərrüfatının əməkdaşları hər ay “YAŞAT” Fonduna pul köçürəcəklər


 

Meliorasiya və Su Təsərrüfatının əməkdaşları hər ay “YAŞAT” Fonduna pul köçürəcəklər<b style="color:red"></b>

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşlarının əməkhaqlarından hər ay müəyyən faizinin “YAŞAT” Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə 525.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Vətən müharibəsində şəhid olan əsgər və zabitlərin, qazilərin ailələrinə və yaralananlara daim dəstəyini nümayiş etdirir.

 

 





26.01.2021    çap et  çap et