525.Az

Azərbaycana müasir minatəmizləyən maşınlar gətiriləcək


 

Azərbaycana müasir minatəmizləyən maşınlar gətiriləcək<b style="color:red"></b>

"Ali Baş Komandanın göstərişinə əsasən, minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədi ilə müasir minatəmizləmə maşınları alınıb".

525.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.

O bildirib ki, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək:

"Bundan əlavə olaraq, minaaxtaran cihazların bir hissəsi artıq alınaraq mühəndis qoşunlarının istifadəsinə verilib".

"İşğaldan azad edilmiş bütün ərazilərdə mövcud yolların mina və döyüş sursatlarından təmizlənərək bərpası və yeni yolların təmizlənməsi işləri aparılır".

O bildirib ki, paralel olaraq, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin xətlərin keçdiyi ərazilərə ayrılmış qruplar tərəfindən minatəmizləmə tapşırıqları uğurla yerinə yetirilib:
 
"Ümumilikdə 135,5 km yol bərpa edilib və 80 km yeni yol çəkilib".

Polkovnik Ceyhun Cəfərov vurğulayıb ki, ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizləməsi zamanı 1453 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib:

"Bundan başqa 5420 ədəd piyada əleyhinə mina və 17500 ədəd müxtəlif çaplı döyüş sursatları aşkar edilərək zərərsizləşdirilib".

 





26.01.2021    çap et  çap et